Yanvar-avqust ayları ərzində Azərbaycana 16 mln. 81 min dollar həcmində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal edilib.
Bu müddətdə ölkədən ixrac edilən humanitar yük, təmənnasız kömək və texniki yardım isə 67,7 min dollar həcmində olub.
Qeyd edək ki, ilk səkkiz ayda 23 mlrd. 87 mln. 410 min dollar həcmində ticarət əməliyyatları həyata keçirilib. Bunun da 7 mlrd. 132 mln. 707 min dolları idxal, 15 mlrd. 954 mln. 703 min dolları ixrac əməliyyatlarının payına düşüb.