Türkiyənin tanınmış bəstəkar-müğənnisi Sinan Akçıl Bakı haqqında mahnı oxuyacaq.
O, bu mahnını özünün yazacağını və xalq artisti Aygün Kazımova ilə birgə oxuyacağını deyib.
Türkiyəli sənətçi “Pərdə” verilişinə açıqlamasında oktyabrın 16-da Bakıda A.Kazımova ilə verəcəyi konsertindən də danışıb. Birgə duet oxuyacaqlarını söyləyib.
A.Kazımova isə birgə verəcəkləri konsertdə çox özəl məqamların olacağını vurğulayıb:
“Təbii ki, konsertdə bizim duetimiz olacaq. Hər şeyi açıqlamaq istəmirik. Pərəstişkarlarımız bir ay dözsünlər həqiqətən də çox maraqlı konsertin şahidi olacaqlar”.
Sinan Akçil konsertindən sonra Bakıda mahnı ərsəyə gətirmək istədiyini deyib. Bildirib ki, Bakı haqqında mahnı yazacaq:
“Həmin mahnını Aygün Kazımova ilə birgə oxumaq istəyirəm. Yeni il qabağı inşallah, Bakıda olsam, mahnını burada ifa edəcəyik”.