Türkiyənin tanınmış teatr və kino aktyoru Tuncel Kurtiz dünyasını dəyişib.
Aktyor səhər yürüşündən sonra evinə gəlib.
Həmin vaxt halı pisləşərək yıxılıb. Onu bu vəziyyətdə həyat yoldaşı tapıb.
Qeyd edək ki, 77 yaşında vəfat edən aktyor Tuncel Kurtiz “Muhteşem Yüzyıl” serialında Ebussuud Efendi obrazını yaradıb.
Tuncel Kurtiz 1964-cü ildən bədii və çoxseriyalı filmlərdə çəkilib.
Aktyor Ankara Uluslararası Film Festivalının “En İyi Yardımcı Erkek Oyuncu”, Antalya Altın Portakal Film Festivalının “En İyi Yardımcı Erkek Oyuncu” və Yeşilçam Ödüllerinin “En İyi Yardımcı Erkek Oyuncu” mükafatlarına layiq görülüb. O, həmçinin bir sıra əcnəbi filmlərə çəkilib və mükafat alıb.
Aktyor Azərbaycan tamaşaçısına “Ezel” və “Asi” teleseriallarından tanışdır.