Odessa Şəhər Şurasının İcraiyyə Komitəsi “SOCAR-Blaqo” Xeyriyyə Fondunun Böyük Fontanın 4-cü stansiyasında bu yaxınlarda “Azərbaycan” adını alan parkı abadlaşdırmasına icazə verib.
Qərar İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.
Hazırda sahəsi iki hektar olan baxımsız yaşıl zonaya ekzotik bitkilər əkiləcək, fontan tikiləcək və “Azərbaycanın ruhunu və mühitini tam olaraq özündə əks etdirəcək” memarlıq abidəsi inşa olunacaq. Xüsusilə də, orada neft qüllələri şəkilində kompozisiya tikiləcək, həmçinin sabiq prezident Heydər Əliyevin abidəsi ucaldılacaq.
“SOCAR-Blaqo” Fondunun təsisçisi Azərbaycan Dövlət Neft Şirkətidir.