2014-cü ilin dövlət büdcəsində neftin bir barreli 100 dollardan hesablanacaq.
Bu barədə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Onun sözlərinə görə, büdcə layihəsinə yenidən baxış keçirilərkən neftin barrelinin bu məbləğdən götürülməsi qərara alınıb.
Qeyd edək ki, gələn ilin büdcəsində neftin barrelinin 90 dollardan hesablanacağı qeyd olunurdu .