“28 May” metro stansiyasında təmir işlərini cari ilin sonunadək başa çatdırmaq planlaşdırılır.
Bu barədə Day.Az-a Bakı metropolitenindən bildiriblər.
Məlumata görə, stansiyanın yeni vestibülünün tikintisi qrafikə uyğun gedir. Heç bir gecikmə yoxdur.
Təmir işləri stansiyanın içində də gedir. Yenidənqurma işləri çərçivəsində müasir eskalatorlar quraşdırılıb, bütün ticarət obyektləri yığışdırılıb.
Hazırda stansiyanın divarları mərmərlə örtülür, metropolitendən bildiriblər.
Qeyd edək ki, metro stansiyasının yenidən qurulması layihəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb./oxu.az/