Bu ilin səkkiz ayında Azərbaycan xarici ölkələrdən 1 mlrd.772 mln. 281 min dollar məbləğində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini idxal edib.
Hesabat dövründə bu məshulların idxalı ötən ilin eyni dövründən 7% artıq olub.
Bu ilin səkkiz ayında idxal olunan maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri ümumi idxalın 25%-ni təşkil edib.
Yanvar-avqust ayları ərzində ölkəyə gətirilən nəqliyyat vasitələri və onların hissələrinin məbləği 1 mlrd. 001 mln. 208 min dollar təşkil edib.
Bu məhsulların həcmi Azərbaycanın səkkiz ayında ümumi idxalının 14%-ni tutub. Hesabat dövründə idxal olunan nəqliyyat vasitələri və onların hissələri keçən ilin eyni dövründən 11% artıq olub.