Bütün dünyada məşhur olan “Forsaj” filminin 7-ci hissəsinin Bakıda çəkilməsi barədə xəbər yayılıb.
Gün.Az-ın Cartimes.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb filmdə baş rolda çəkilən Vin Dizelin rəsmi səhifəsində “Forsaj 7”-nin çəkilişlərindən olan şəkilin yerləşdirilməsi olub.
Şəkildə Vin Dizel və filmin digər qəhrəmanlarını görmək olar. Bundan əlavə, şəkildə üzərində “Uyarı. Heç vaxt tək başına suda və ya suya yaxın ərazidə işləməyin” yazısı olan lövhəcik görünür.
Filmin çəkilişlərinin Azərbaycanda, ya da Türkiyədə aparılması barədə yayılan xəbərlərə səbəb bu lövhəcik olub. Ancaq bu xəbərlərin, sadəcə, şayiə olduğu məlum olub. Belə ki, “Forsaj 7”-nin çəkilişləri Atlantada aparılır.