Məcburi köckünlərlə görüşən xarici diplomat bölgədə onlar ücün yaradılan şəraitlə yaxından tanış olub.
Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç Xocavənd rayonuna səfər edib.
Səfərdə məqsəd məcburi köçkünlərlə görüşmək, onlar üçün yaradılmış şəraitlə, habelə təmas xəttindəki vəziyyətlə tanış olmaqdan ibarət olub. Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları eyni adlı qəsəbədə qonaqları Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qarşılayıb. diplomat Rayon İcra Hakimiyyətində rəsmi şəxslərlə görüşdükdən sonra şəhid ailələrini ziyarət edib.
Daha sonra rayonda yaşayan və ailəsini tərk edib getməyən erməni xanım Jenya Zeynalova (Asoyan) ilə görüşüb, onun yaşayış tərzi ilə maraqlanıb.
Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç jurnalistlərə acıqlamsında bildirib ki, Serbiya Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq qanunları dəstəkləyir və konfliktin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. Xarici diplomat Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəsinin mövqeyinin də birmənalı olduğunu bildirib.