Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda 3 sənədli filmin çəkilişinə başlanıldı

Azərbaycanda 3 sənədli filmin çəkilişinə başlanıldı
Seyid Yəhya Bakuvi həzrətləri, Qafqaz İslam Ordusu və Qarabağ mövzusunda ilə bağlı – üç fərqli mövzuda sənədli-tarixi televiziya filmlərinin çəkilişləri üçün respublikamızda səfərdə olan türkiyəli sənət adamları və Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərən, EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcan “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB (ABAİ İB) rəhbərliyi ilə görüşüb.


Qonaqları səmimi salamlayan ABAİ İB sədri, millət vəkili dr. Qənirə Paşayeva, belə önəmli mövzularla bağlı Azərbaycana səfərin təşkilini çox yüksək qiymətləndirərək, bunu “bir millət, iki dövlət” ruhuna yaraşan hal adlandırıb.



Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, Qarabağ ətrafındakı mövcud durumu bütün bölgəni təhdid edən, qəbuledilməz situasiya kimi xarakterizə edən Qənirə Paşayeva bu mövzunun kitablara, filmlərə daşınmasını çox müsbət və zəruri akt adlandırıb. O, eləcə də, bugünlərdə Bakının erməni daşnak və rus bolşeviklərinin işğalından azad edilməsinin 95-ci ildönümü münasibəti ilə, bu tarixi qalibiyyətin müəllifi olmuş Qafqaz İslam Ordusu haqqında, onun ölümsüz komandanı Nuru Paşa haqqında sənədli film çəkilməsini bir vəfa borcu və ortaq tarixə, ortaq dəyərlərə sayğı nümunəsi olaraq gördüyünü bildirib.



Sözünə davam edən millət vəkili, YUNESKO-nun elan etdiyi Seyid Yəhya Bakuvi ili çərçivəsində ona həsr olunmuş yaddaqalan tədbirlərin düzənləndiyini vurğulayaraq, bu böyük Azərbaycanlı övliyanın xatirəsinə film çəkilməsini “ortaq türk keçmişindən ortaq türk gələcəyinə” gedən yolda bir elm-sənət mərhələsi olacağına inandığını söyləyib.



Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva EkoAVRASYA” dərgisinin təsisçisi, Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri Hikmət Ərənə və EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcana Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycan tarixi, mədəniyyəti və gerçəklərinin tanıdılmasındakı xidmətlərinə görə mükafat təqdim edib.



Mükafata görə minnətdarlığını bildirən və qonaqların adından çıxış edən “EkoAVRASYA” dərgisinin təsisçisi, Avrasya Ekonomik İlişkiler Dərnəyinin rəhbəri, tanınmış ictimai xadim Hikmət Ərən və EkoAvrasya dərgisinin redaktoru Yeşim Özcan millət vəkili Qənirə Paşayevaya qonaqpərvərliyə, verdiyi qiymətli məsləhət və tövsiyyələrə görə təşəkkür edərək, ona xüsusi plaket təqdim ediblər.



Sonda millət vəkili Qənirə Paşayeva görüşdə iştirak edən qardaş ölkə jurnalistlərinə geniş müsahibə verib. Onun fikirləri nəzərdə tutulan hər üç filmdə yer alacaq.


Teqlər:
Bu xəbər cəmi 1155 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR