Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyev açılış etdi

İlham Əliyev açılış etdi
Prezident İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimində iştirak edib.

Prezident zavodu işə salıb. Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı gəmiqayırma zavodunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. 


 


Təməli 2010-cu il martın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir. Prezident İlham Əliyev zavodun fəaliyyətini əks etdirən videorolikə və müəssisənin maketinə baxdı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti tərəfindən "Bakı gəmiqayırma zavodu" MMC birgə müəssisəsi yaradılmışdır. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər. Diqqətə çatdırıldı ki, zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Cənubi Koreya və Sinqapurda istehsal olunan və ən müasir tələblərə cavab verən avadanlıqla təchiz edilmişdir. Məlumat verildi ki, müəssisənin ərazisi ümumilikdə 620 min kvadratmetrdir. Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli inzibati bina, təlim mərkəzi, müxtəlif ofislər və anbarlar, istehsal emalatxanaları, təmir-ötürmə sahəsi, yeməkxana, tibb məntəqəsi, kompressor binası, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilmişdir. Bildirildi ki, zavodun istehsal gücü ildə 25 min ton metal konstruksiyadır. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaqdır. Zavodun inşası ilə paralel olaraq, onun fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, uzunluğuna görə Xəzər dənizində ən böyük üzən quru dok tikilmişdir. 


 


Müəssisənin tikinti layihəsinin ikinci mərhələsində yeni quru dokun, əlavə istehsal emalatxanasının və körpü sahəsinin tikintisi planlaşdırılır. Qeyd edildi ki, tam fəaliyyətə başlayanda zavodda ilkin olaraq 1250 nəfər işçi çalışacaqdır. Gələcəkdə isə işçilərin sayının 2000 nəfərə çatdırılması nəzərdə tutulur. Müəssisənin idarə edilməsi məqsədi ilə xüsusi təlim mərkəzi yaradılmışdır. Diqqətə çatdırıldı ki, zavodun istifadəyə verilməsi Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirməklə yanaşı, ölkəmizdə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaqdır. Prezident İlham Əliyev zavodun fəaliyyətini əks etdirən stendlərə baxdı. Dövlətimizin başçısı mərasimdə çıxış etdi. Sonra Sinqapurun Ticarət və Sənaye Nazirliyinin baş dövlət naziri Li Yi Şyan çıxış etdi. Daha sonra Azərbaycan Prezidenti üzən quru doka ad verilməsi mərasimində iştirak etdi. Sonda xatirə şəkli çəkdirildi.

Teqlər:
Bu xəbər cəmi 1630 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR