Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə təqribən 47 milyard dollar məbləğində sərmayə qoyulub.
Bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin “Neftçilər günü” ilə əlaqədar “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, hazırda SOCAR-ın təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir:
“SOCAR 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir”.