Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Almaniyanını Eichstatt-İngolstadt Katolik Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Almaniyanını Eichstatt-İngolstadt Katolik Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub


Azərbaycanda səfərdə olan Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetinin bir qrup nümayəndəsi Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.



Qonaqları ölkəmizdə və BANM-də görməkdən  məmnunluq hissi  keçirdiyini  bildirən BANM rektoru  E.Qasımov  qeyd etmişdir ki, Azərbaycan dünyada  ilk neft  çıxaran ölkədir ki, bu gün də neft-qaz və kimya  sənayesi ölkə  iqtisadiyyatının inkişafında  əsas rol oynayır.



ARDNŞ-nin  Azərbaycanda  və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E.Qasımov bildirmişdir ki, yeni ali məktəbin yaradılmasında əsas məqsəd məhz  bu layihələrdə işləyəcək  müasir standartlara cavab verən  yüksəkixtisaslı  kadrlar hazırlanmasıdır.



Ali məktəbin qısa zaman çərçivəsində əldə etdiyi uğurları gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, Avropa təhsil sisteminin tələblərinə  uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın  aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.  



O vurğulamışdır  ki, Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir.



Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetindən gələn nümayəndə heyətinin rəhbəri Harald Peklaner qeyd etmişdir ki,  fəaliyyət göstərdiyi  universitet tədqiqat, peşə hazırlığı və davamlı təhsildən  başqa maraq  göstərən şirkətlərə konsultant layihələri, tədqiqat, praktik seminarlar və mühazirələr şəklində əməkdaşlıq edir.



O gələcəkdə  Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdir. Tədbir çərçivəsində BANM və Eichstatt-İngolstadt Katolik Universitetinin tələbələri arasında  beynəlxalq tələbə mübadiləsi,  uğurlu karyera seçimi  və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılmışdır.



Tədbirin sonunda rektor E. Qasımov qonaqlara  kitablar hədiyyə edib.


Teqlər:
Bu xəbər cəmi 1405 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR