Uşaqlarda böyrək daşı yaradan yeməklər..
Aparılan araşdırmalara görə, uşaqlarda geniş yayılmış böyrək, sidik kisəsi daşlarının yaranma səbəbləri müəyyənləşib.
Ailem.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu xəstəliklər düzgün qidalanmamaq və yetəri qədər maye qəbul etməməklə yarana bilər. Uşaq xəstəlikləri üzrə mütəxəssis həkim Neşe Karaarslan bildirib ki, uşaqlarda rast gəlinən bu problemin əlamətləri sidiyin qanlı və ağrılı olmasıdır. Həkim uşaqlarda bu əlamətlərin aşkarlandığı halda onların nevroloji müayinə edilməsini də vacib sayır. O, eyni zamanda uşaqlarda mayenin artımı üçün ət yeməklərindən uzaq olub, daha çox tərəvəz yemələrini məsləhət görüb. Çipsi, kraker, çərəz, şokolad, qəhvə, çay uşaqlarda böyrək daşının yaranmasına zəmin yaradan qidalardır. Uşaqların qəbul etdiyi dərmanlar da bu xəstəliyin yaranmasına səbəb ola bilər.