Türkiyənin şərqindəki Muş vilayətinin Tüten rayonunda dünən gücə Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi məlumat verib.
Məlumata görə, tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Bu, cari həftə ərzində Muş vilayətində baş verən ikinci zəlzələdir.
Qeyd edək ki, sentyabrın 16-da bu ərazidə 4,5 bal gücündə yeraltı təkanlar baş verib.