“Azərenerji” ASC-dən verilən məlumata görə, stansiyada cari ilin avqust ayında 567,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. 2013-cü ilin 8 ayı ərzində stansiyada 5 milyard 160.1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Cari ilin son üç ayı ərzində stansiyada 1 saylı enerji blokunda əsaslı təmir işləri başa çatdırılıb, 3 saylı blokda isə analoji işlərə başlanılıb və hazırda davam etdirilir. Eyni zamanda 500 kV-lik və 330 kV-lik yarımstansiyalarda hava açarlarının (HA) əsaslı təmiri və yenilənməsi işləri aparılıb. Bütün bunlarla yanaşı 2 saylı tunelin tikintisi üzrə işlər davam etdirilib. Stansiyada yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır.