Azərbaycanda gənc rejissorların yaradıcı işləri ilə bağlı müsabiqəyə start verilib.
Bu barədə layihənin mətbuat katibi Fuad Mədətov məlumat verib.
O bildirib ki, “AE group production”nın təşkilatçılığı ilə “Müasir Bakı” mövzusunda keçirilən müsabiqənin əsas məqsədi gənclərə öz ssenariləri əsasında film çəkməkdir.
Müsabiqədə iştirak edən şəxslərin ssenariləri ölkənin sayılıb-seçilən kino xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək.
Münsiflər heyəti xalq artisti, kinorejissor Yalçın Əfəndiyev (münsiflər heyətinin sədri), rejissor Elxan Cəfərov, kinooperator Nadir Mehdiyev, jurnalist Nazilə Babayeva və rep ifaçısı Anar Nağılbazdan ibarət olacaq.
Müsabiqədə qalib gələn 3 nəfərin ssenarisinin ekranlaşdırılmasının bütün xərclərini ödəməyi təşkilatçı şirkət öz öhdəsinə götürüb. Müsabiqənin təşkilat komitəsinin rəhbəri “AE group production” rəhbəri Emil Ağayevdir.