Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

GƏNCƏNİN İCRA BAŞÇISI “ZƏHMƏTKEŞ MƏKTUBLARI” YAZDIRMAĞA BAŞLADI

GƏNCƏNİN İCRA BAŞÇISI “ZƏHMƏTKEŞ MƏKTUBLARI” YAZDIRMAĞA BAŞLADI
İlham Əliyevin 12 fevral müşavirəsindəki çıxışından sonra oğlunun toy proqramını kəskin ixtisar edən Elmar Vəliyevin bu müdafiə taktikası onun əleyhinə işləyə bilər


Prezident İlham Əliyevin fevralın 12-də keçirilən müşavirədəki çıxışından sonra vəziyyəti pisləşdiyi bildirilən Gəncənin icra hakimiyyəti başçısı müdafiə kampaniyası başladıb. Dünən bir qrup Gəncə ziyalıları adından Elmar Vəliyevin barəsində tənqidi məlumatlar yayan KİV-ləri pisləyən müraciət yayılıb və orada deyilir ki, prezidentin 12 fevral müşavirəsindəki tənqidi çıxışının Gəncənin icra hakimiyyəti başçısına dəxli yoxdur. Müraciətdə deyilir. 



“Biz Gəncə ziyalıları olaraq, son günlər bəzi müxalifət qəzetlərində və saytlarda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin ünvanına yazılan böhtanlardan ciddi narahatçılıq keçirdiyimizi və hiddətləndiyimizi bəyan edirik. Təəssüflər olsun ki, bəzi qəzetlər və saytlar hansısa qüvvələrin sifarişi ilə aparılan bu kampaniyanın alətinə çevriliblər. Bəzən hətta jurnalistikanın prinsiplərinə məhəl qoymayaraq, qarşı tərəfin mövqeyini də dərc etməkdən imtina edirlər. Biz dəfələrlə həmin qəzetlərə və saytlara müraciət etsək də, onlar bizim mövqeyimizi işıqlandırmaqdan imtina ediblər. Məsuliyyətsizlik o həddə çatıb ki, artıq bəzi qəzetlər Elmar Vəliyevi işdən də ”çıxarırlar".



Müraciətdə daha sonra E.Vəliyevin Gəncəyə başçılıq etdiyi qısa dövr ərzində “böyük işlər” gördüyü, prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı icra başçısının ünvanına “xoş sözlər söylədiyi ” bildirilir. Müraciətdə deyildiyinə görə, E.Vəliyevin oğlunun dəbdəbəli həyat tərzi keçirdiyi, yüz minlərlə dollarlıq bahalı maşınlarda və silahlı polislərin müşayiəti ilə gəzdiyi haqda yayılan xəbərlər də “əsassızdır”.



“Elmar Vəliyev şəhərimizə rəhbərlik etdiyi dövrdən tələbkar rəhbər və ailə başçısı kimi tanınmışdır. Bu faktı istənilən Gəncə sakini təsdiq edə bilər” deyə, müraciətdə kifayət qədər iddialı tərzdə bildirilir.



“Biz əminik ki, prezidentin ”Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında səsləndirdiyi iradların Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə heç bir aidiyyəti yoxdur" deyə, müraciət müəllifləri bildirir. Müraciəti Gəncənin ali məktəblərinin bir qrup professoru, dosenti, xalq və əməkdar artistləri, müəllimlər və s.(cəmi 25 nəfər) imzalayıb.



Xəbər verdiyimiz kimi, E.Vəliyevin oğlunun toyu prezidentin övladlarına dəbdəbəli toy edən məmurları hədələməsi ilə eyni vaxta təsadüf edib. “Yeni Müsavat” E.Vəliyevin oğlunun toyunun fevralın 15-də Bakıdakı “Buta Palace”da keçirildiyi haqda artıq yazıb. Elmar Vəliyev Baş Prokurorluqda idarə rəisi olan Əzizağa Həsənovla quda olub, onun qızını oğluna alıb. Ə.Həsənov əslən Salyan rayonundandır və onun qardaşı Hüseynağa Həsənov bu rayonun mərkəzi xəstəxanasının baş həkimidir. Qəzetimiz bu toyun necə keçdiyi barədə müfəssəl məlumatlara da malikdur. Həmin toyda iştirak edən qonaqlardan birinin verdiyi məlumata görə, müşavirədən əvvəl toyda oxumaq üçün dəvət olunmuş türkiyəli ulduzlar, kürd əsilli Mahsun Qırmızıgül və Səda Sayan toya qatılmayıb, onların pulu ödənib və Gəncədə icra başçısının qonaqları kimi saxlanılıb. Toyu yerli ulduzlar aparıb, həmçinin proqramda radikal ixtisarlar edilib və mənbənin bildirdiyinə görə, 4 saat davam edən məclis 60-70-ci illərin “komsomol toyunu” xatırladırdı. Başqa sözlə, E.Vəliyev prezidentin məlum çıxışından nəticə çıxarıb və oğlunun əvvəlcədən dəbdəbəli planlaşdırılan toy məclisini maksimum sadələşdirib.



Ardınca o, özünü müdafiə etmək və əvvəlcə Yevlaxda, daha sonra Gəncədəki fəaliyyətinin yerli sahibkarların, əhalinin ciddi narazılıqlarına səbəb olması ilə bağlı barəsində yaranmış mənfi imici düzəldə bilmək üçün “zəhmətkeş məktubları” taktikasına keçib. Lakin bu taktika E.Vəliyevin əleyhinə işləyə və onun vəziyyətini daha da mürəkkəbləşdirə bilər. Birincisi, Gəncənin icra başçısının müdafiəsinə qalxanlar kifayət qədər iddialı şəkildə israr edirlər ki, prezidentin məlum tənqidi çıxışının E.Vəliyevə heç bir dəxli yoxmuş. Baxmayaraq ki, YAP rəhbərliyinə daxil olan şəxslər, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov və digər hakimiyyət təmsilçiləri bu çıxışdan “bütün məmurların dərs götürməli olduğunu” deyiblər. Yəni hansısa yerli məmur həmin tənqidlərin ona “heç bir dəxli olmadığı” barədə “zəhmətkeş məktubları” təşkil edirsə, bu artıq riskli addımdır və hətta hakimiyyətin indiki kursuna meydan oxumaqdır.



Qeyd edək ki, ordu ilə bağlı bir-birinin ardınca qalmaqallar baş verəndə, əsgərlərin döyülərək öldürülməsinə görə geniş ictimai etiraz dalğası başlayanda və silahlı qüvvələrdəki problemlər müzakirəyə çıxarılanda da nazir Səfər Əbiyev analoji taktikaya əl atmışdı. Müdafiə Nazirliyinin minlərlə xidmət keçən zabitinin onu tərifləyən məktuba imza atması kampaniyası başladılmışdı. Ancaq YAP sədrinin müavini Siyavuş Novruzov kampaniyanı kəskin tənqid edərək onu hərbi intizamın kobud şəkildə pozulması adlandırdı. Belə məlum oldu ki, müdafiə nazirini müdafiə etmək üçün hərbçilərin imza kampaniyasına cəlb olunması hakimiyyət rəhbərliyi ilə razılaşdırılmayıb və yuxarılarda qiyam kimi qarşılanıb. Nəticədə həmin kampaniyanı dayandırmalı oldular.



 


Teqlər:
Bu xəbər cəmi 1525 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR