Lənkəran rayonunun 4 kəndinə - Osaküçə, Pambəyi, Tatoba və Sinovlu kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Ümumilikdə 1050 abonenti olan bu yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 34176 metr uzunluğunda polietilen borularla daşıyıcı və 24471 metr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilməklə, 1050 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda rayonun daha 8 kəndində qazlaşdırma işləri gedir.