Yanvar-avqust ayları ərzində qeyri-neft sektoruna 7 336.6 mln. manat investisiya qoyulub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artım deməkdir.
Bildirək ki, inşaat işlərinin aparılması üçün 8 ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 10,4 milyard manat məbləğində vəsaitin yönəldilib. Həmin vəsaitin 6,9 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
İstifadə edilən kapital qoyuluşunun 74,8 faizini daxili investisiyaların təşkil edib.
Ümumiyyətlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 8 ayında əsas kapitala vəsait qoyuluşu 22,7, tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi 35,4 faiz artıb.