Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.
Bakı – Quba yolununun Sumqayıt şəhəri ərazisində şəhər sakini, 22 yaşlı Anar Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı, 25 yaşlı Babək Bağırovun idarə etdiyi “Hyundai” markalı və Yusif Məmmədovun idarə etdiyi “Azsamand” markalı maşınlar toqquşub.
Hadisə zamanı avtomobillərdə olan sərnişinlərdən Qismət Kərimov, Rəşad Cəlilov və şəxsiyyəti hələ müəyyənləşməmiş 3 nəfər aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Bundan başqa hər üç sürücü və maşınlarda olan sərnişinlərdən Ramin Məmmədov, Ceyhun Əzizov və İllarian Katliarov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.