“+ 110 qərb” su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olub. “Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin laboratoriyalarında analizləri vahid sistemdə qeydiyyata almaq, tam əhatəli informasiya bazası yaratmaq, uzaq məsafələrdə analizlər aparmaq üçün texniki imkanları genişləndirmək məqsədilə 2011-ci ildə mərkəzi laboratoriyanın yeni inzibati binasının inşasına başlanılıb. Paytaxtın Yasamal rayonu ərazisində yerləşən, ümumi sahəsi 1800 kvadratmetr olan yeni bina yüksək standartlara uyğun şəkildə inşa edilib.
Prezident İlham Əliyev laboratoriyanın yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov layihə əsasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.