Sərnişinlərin rahatlığını maksimum təmin etmək məqsədilə metropolitenin rəhbərliyi stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində əsas çıxışını yenidən açmış və sərnişinlərin sentyabrın 16-sı səhər tezdən başlayaraq bu çıxışdan da istifadə etməsi üçün şərait yaradıb.
Sərnişinlərin çıxışdan təhlükəsizliklərinin tam təmin edilməsi ilə maksimum rahat istifadə etmələri məqsədilə müvafiq hazırlıq tədbirləri görülüb.
Yenidənqurma dövründə sərnişinlərin buna qədər istifadə etdikləri digər giriş-çıxışlar isə əvvəlki kimi fəaliyyət göstərəcəkdir. Sərnişinlər “28 May” stansiyasının Salatın Əsgərova küçəsinə olan ikinci giriş-çıxışından, həmçinin “Cəfər Cabbarlı” stansiyasından həm giriş, həm də çıxış üçün istifadə edə bilərlər.