Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

BU GÜN ERMƏNİSTANDA PREZİDENT SEÇKİLƏRİDİR

BU GÜN ERMƏNİSTANDA PREZİDENT SEÇKİLƏRİDİR
Heç kim “fövqəltəbii” nəsə gözləmir: rəqabətsiz seçkidə Serj Sarkisyan qalib gələcək


Bu gün Ermənistanda növbəti prezident seçkiləri keçiriləcək. Heç kim “fövqəltəbii” nəsə gözləmir. Çox güman ki, fəaliyyətdə olan prezident Serj Sarkisyan bu vəzifədə qalacaq. Buna təkcə politoloqlar yox, həm də prezidentlik yarışının bəzi iştirakçıları da əmindirlər.



Ermənistanda prezident seçkiləri fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin bitməsinə 50 gün qalmış keçirilir. Seçkilərin həftənin hansı gününə təsadüf etməsindən asılı olmayaraq, həmin gün qeyri-iş günü sayılır. Yaşı 35-dən yuxarı, son on ili Ermənistan vətəndaşı olan və bu ölkənin ərazisində yaşayan, heç bir başqa dövlətin vətəndaşlığını daşımayan şəxs Ermənistan prezidenti seçilə bilər. Dövlət başçısı beş il müddətinə, amma dalbadal iki dəfədən çox olmamaqla seçilir. Səslərin 50%+1-ini toplayan namizəd seçkilərin qalibi sayılır. Namizədlərdən heç biri bu qədər səsi toplaya bilməsə, iki həftə sonraya təkrar seçkilər təyin edilir. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir. Ermənistanda seçkilər istənilən halda baş tutmuş hesab ediləcək. Çünki bu ölkədə seçici fəallığı ilə bağlı heç bir tələb yoxdur.



Ermənistanın seçki qanunvericiliyinə görə, prezident seçkilərində yalnız ölkə ərazisində yaşayan vətəndaşlar səs verə bilərlər. Ona görə də xarici ölkələrdə seçki məntəqələri yaradılmır. 2,5 milyon seçici 1988 məntəqədə səs verəcək. Yalnız diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri müstəsna səsvermə hüququna malikdirlər. Onlar üçün elektron səsvermə yaradılıb və fevralın 13-də başa çatıb.



Armnews telekanalının sifarişi ilə Baltic Surveys/The Gallup Organization tərəfindən ekzit-poll keçiriləcək. Proses 122 seçki məntəqəsini əhatə edəcək və hər yeddinci seçicinin rəyi soruşulacaq.



Namizəd var, mübarizə yox



İlk əvvəl ali dövlət vəzifəsinə səkkiz namizəd iddia edirdi. Lakin seçkilərə 10 gün qalmış namizədlərdən biri, “Milli həmrəylik” partiyasının lideri Aram Aratunyan həm özü namizədliyini geri götürdü, həm də digər namizədləri eyni addımı atmağa, beləliklə, Serj Sarkisyanı prezidentlik yarışında tək qoymağa çağırdı. Amma Ermənistan qanunları seçkilərdə rəqabəti məcburi hesab etmir və Serj Sarkisyan tək də qalsaydı, seçkilər keçiriləcəkdi.



Aram Arutunyanın çağırışı cavabsız qaldı. İndi prezidentliyə fəaliyətdə olan prezident, Respublika partiyasının lideri Serj Sarkisyan, keçmiş baş nazir, “Azadlıq” partiyasının lideri və deputat Qrant Baqratyan, keçmiş xarici işlər naziri, “İrs” partiyası İdarə Heyətinin sədri Raffi Ovannisyan, sovet illərinin tanınmış dissidenti, “Milli müqəddərat ittifaqı” partiyasının sədri Paruyr Ayrikyan, Dağlıq Qarabağ separatçı rejiminin keçmiş “xarici işlər naziri” Arman Melikyan, politoloq, “Radio Hay” radiostansiyasının rəhbəri Andrias Qukasən və alim Vardan Sedrakyan iddia edilər.



Bu, Ermənistanın müstəqilliyi illərində keçirilən sayca altıncı prezident seçkisi olsa da, indiyədək üç nəfər prezident olub: Levon Ter-Petrosyan (1991 və 1996-cı illər), Robert Koçaryan (1998 və 2003-cü illər) və Serc Sarkisyan (hələlik bir dəfə 2008-ci il) .



Politoloqlar hesab edirlər ki, hazırda fəaliyyətdə olan prezidentin iki real rəqibi var: ilk prezident, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və “Çiçəklənən Ermənistan” partiyasının sədri, ölkənin ən varlı adamlarından olan Qagik Sarukyan. Amma onlar, eləcə də, eks-prezident Robert Koçaryan seçkilərdə iştirakdan imtina ediblər.



Bundan başqa, daha bir nüfuzlu siyasi təşkilat - “Daşnaksütyun” partiyası namizəd irəli sürməyib və öz elektoratını seçkiləri boykot etməyə çağırıb.



Güllə səsi gəldi və Paruyr Ayrikyan hamını intizarda saxladı



Seçkiqabağı kampaniya çox sönük keçib: nə xüsusi gərginlik olub, nə də teledebatlar. Müstəqil monitorinqin nəticələrinə görə, namizədlər pulsuz efir vaxtından da istifadə etməyiblər. Pullu efir vaxtından isə danışmağa belə dəyməz. Namizədlərdən yalnız üçü bölgələrə səfər edib. Namizədlərdən biri açlıq elan edib və səsvermə gününə qədər aksiyanı davam etdirmək niyyətindədir.



Fevralın 1-inə keçən gecə namizədlərdən biri - Paruyr Ayrikyan güllələnib. Qanunvericiliyə görə, namizədlərdən biri keçilməz maneə ilə qarşılaşarsa, seçkilər təxirə salına, hətta, ləğv edilə bilər. Lakin sui-qəsdə məruz qalan Paruyr Ayrikyan hadisədən sonrakı on gün ərzində seçkilərin təxirə salınması ilə bağlı fikrini dörd dəfə dəyişdirdi. Onun belə tərəddüdləri təkcə Ermənistanı yox, həm də bir sıra xarici ölkələri və səsverməni müşahidə etməli olan beynəlxalq təşkilatları gərginlikdə saxladı. Jurnalistlər də daxil olmaqla əcnəbilərin ezamiyyəti “Ayrikyan nə qərar verəcək” gözləntiləri ilə sual altında qaldı. Sçsverməyə 8 gün qalmış Paruyr Ayrikyan Konstitusiya Məhkəməsinə seçkilərin təxirə salınması ilə bağlı müraciət etdi. Amma səhəri gün müraciətini geri götürdü.



Sosioloji sorğuların nəticələri



Ermənistanda keçirilən bütün sosioloji sorğuların nəticələri Serj Sarkisyanın qalib olacağını deyir.



Baltic Surveys/The Gallup Organization və Erməni Sosioloji Assosiasiyasının keçirdiyi sorğuya görə, Serj Sarkisyan səslərin 69 faizini qazanacaq.



Gallup International Association təşkilatının keçirdiyi sorğunun nəticələri isə Serj Sarkisyanın 68 faiz səs toplayacağını deyir.



Amma sorğuların nəticələrinə görə, vətəndaşlar ölkələdəki vəziyyətlə bağlı bədbindirlər. Rəyi soruşulanların əksəriyyəti (57 faizi) hesab edir ki, get-gedə Ermənistanda vəziyyət pisləşəcək. Respondentlər ən ciddi problem kimi işsizliyi görürlər



Seçkiləri 6251 yerli və 12 beynətxalq təşkilatın 632 nümayəndəsi müşahidə edəcək.



Səsvermənin ilkin nəticələri ən geci fevralın 19-da Bakı vaxtı saat 20.00-da açıqlanacaq. Yekun nəticələr isə seçkidən sonra yeddi gün ərzində məlum olmalıdır. /ANSPress/

 


Teqlər:
Bu xəbər cəmi 1175 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR