Almaniyanın Azərbaycandakı səfiri, xanım Haydrun Tempel yeni tədris ilinin başlanması munasibətilə Bakıdakı 160 saylı klassik gimnaziyada olub.
Tədbirdə əvvəlcə çıxış edən gimnaziyanın direktoru Faima Ələkbərova uşaqları yeni dərs ili münasibətilə təbrik edib və onlara yeni dərs ilində uğurlar arzulayıb.
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel də məktəbliləri təbrik edib və uşaqlarının alman dilini öyrənməsinə qərar verdikləri üçün valideynlərə təşəkkür edib.
Tədbirdə Azərbaycanın Milli Məclisin komitə sədri, millət vəkili Ziyad Səmədzadə şagirdləri bilik günü münasibəti ilə təbrik edib və onlara təhsil ilində uğurlar arzulayıb.
Sonra diplomat şagirdləri məktəb həyatına həvəsləndirmək üçün oyuncaqlar, şirniyyat və digər surprizlər dolu sovqatlar təqdim edib.