Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirmişdir ki, ali qanunvericilik orqanı oktyabrda fəaliyyətini dayandıracaq.
Onun sözlərinə görə, bu, oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə əlaqədardır.
Gürcüstan Konstitusiyasına görə, qanunverici orqan prezident seçkiləri ərəfəsində bir ay müddətində fəaliyyətini dayandıra bilər.