Sentyabrın 14-də Sloveniyanın paytaxtı Lyublyanada ilk islam mədəniyyət mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Sloveniyanın baş naziri Alenki Bratuşek, bir neçə min dindar və çoxlu xarici qonaq iştirak edib.
Qeyd edək ki, ümumi sahəsi 11 min kv.m olan mərkəz məscid, 40 metr hündürlükdə minarə, tədris və idman mərkəzləri, kitabxana və yaşayış binasından ibarət olacaq.
12 milyon avro dəyərində olan layihəni 3 ilə reallaşdırmaq planlaşdırılıb. Maliyyə vəsaitinin böyük hissəsini Qətər hakimiyyəti ianə edib.
Sloveniya əhalisinin 2,5 faizi müsəlmandır.
Ölkənin Loq şəhərində 1916-cı ildə ucaldılmış yeganə məscidi II dünya müharibəsindən sonra baxımsızlıqdan uçulmuşdu.