Xatırladaq ki, G.Əhmədova həbs olunmamışdan əvvəl saytımızda Toğrul Əhmədovun Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət etməyi və hərbi hissə komandirinin sürücüsü işləməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, ona xüsusi şərait yaradılıb.
Görünür, Toğrulu hərbi hissədə himayə edən şəxslər G, Əhmədovanın həbs edilməsini görüb, onunla bağlı adam olması fikrinin yaranmasından qorxaraq, sərt addımlar atmaq qərarına gəliblər. Toğrulun ucqar və təhlükəli hesab edilən hərbi hissəyə göndərilməsi də bu addımların əsasını təşkil edir.