Sakit Okeanda Alyaska sahillərində 5,5 bal gücündə zəlzələ olub.
Gün.Az RBK-ya istinadən xəbər verir ki, ABŞ Milli Geologiya xidmətinin məlumatına əsasən, zəlzələnin episentri Atka şəhərindən 82 km cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı 23,2 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.