Azərbaycan Prezidenti İlham Əliyev Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: " Honduras Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Honduras arasında əlaqələrin möhkəmlənməsi istiqamətində səylərimiz ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız üçün yaxşı imkanlar açacaqdır."
İlham Əliyev Porfirio Lobo Sosaya cansağlığı, işlərində uğurlar, dost Honduras xalqına əmin-amanlıq və firavanlıq diləyib.