“Yenimeydan.info”nun AzərTac-a istinadən məlumatına görə,Nərimanov rayon icra hakimiyyətinin (RİH) şöbə müdiri Zülfüqar Qasımov bildirib ki, layihəyə uyğun olaraq prospektdə köhnə, istismar müddəti keçmiş tikililər sökülərək,
əvəzində müasir, milli memarlıq üslubunda 7 mərtəbəli binaların tikintisi nəzərdə tutulub.
Hazırda bu layihənin başlanğıcı olaraq Heydər Əliyev prospekti, 64 ünvanda ilk bina inşa olunur. Binanın artıq özülü qazılıb.
RİH nümayəndəsi rayonda digər layihələrin də həyata keçirildiyini, o cümlədən “Dədə Qorqud” parkının yenidən qurulduğunu söyləmişdir. Artıq bu layihənin də icrasına başlanılmışdır. Qeyd edilmişdir ki, təxminən 10 hektara malik ərazidə yeni və gözəl park salınacaqdır. Bu məqsədlə metronun “Gənclik” stansiyasının ətrafında Səxavət Quliyev küçəsi, 7 ünvanında 49 ailənin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görülmüş, onların mənzil –məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.