Yanvar-avqust ayları ərzində sığorta şirkətlərinin cəmi yığımları 265 mln. 711 min 652 manat, ödənişləri 77 mln. 846 min 328 manat təşkil edib.
Yığımların 175 mln. 157 min 171 manatı, ödənişlərin isə 54 mln. 456 min 659 manatı könüllü sığorta növləri üzrə həyata keçirilib.
Bildirək ki, sığorta yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 16%-dən çox, ödənişləri isə 32%-dən çox artıb. Artım könüllü sığorta növləri üzrə yığımlarda 23,6%, ödənişlərdə isə 11,4% olub.