Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan alimlərindən yeni kəşf

Azərbaycan alimlərindən yeni kəşf
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər.


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dərman və ətir keyfiyyətinə malik, bədxassəli şişlərə və orqanizmdə yaranan pozuntulara qarşı yüksək aktivliyi ilə seçilən bu bitki növünün çoxalma üsulları işlənib hazırlanıb.



Tədqiqatlar Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu tərəfindən "Zəfəranın biotexnoloji çoxalma üsullarının işlənib hazırlanması" adlı 2 illik qrant layihəsi çərçivəsində həyata keçirilib. Layihənin rəhbəri institutun biomühəndislik və biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri namizədi Tofiq Qaragözovdur.



Alim bildirir ki, hazırda dünyada ildə 170-300 tona qədər zəfəran məhsulu alınmasına baxmayaraq, onun əkildiyi sahələrin məhdudlaşması, yoluxucu bakterial xəstəliklərin çoxluq təşkil etməsi məhsulun 50 faiz itkisinə səbəb olur. Nəticədə bitkiyə tələbat daha da artır. Materialın virusdan təmizlənməsinə nail olmaq və yaranmış ehtiyacı ödəmək layihənin əsas məqsədidir.



Tədqiqatların nəticəsində soğanağın müxtəlif hissələrindən götürülən toxumaların süni qida mühitində əkilərək çoxaldılması mümkün olub. Belə ki, 2-3 millimetr qalınlığı olan zəfəran soğanağının diskvari kəsikləri müxtəlif tərkibli süni qidalanma şəraitində əkilib və xeyli sayda zəfəran soğanaqları əldə olunub. T.Qaragözovun sözlərinə görə, təbii yolla bir soğanaqdan bir zəfəran əmələ gəlirdisə, bu üsulla 5 aya yüzlərlə zəfəran yetişdirmək mümkün olacaq.


Teqlər:
Bu xəbər cəmi 1625 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR