“Türk Hava Yolları” Bakı-İstanbul-Bakı reysi üzrə uçuşların qiymətində endirim edib.
Gün.Az-ın turizm şirkətlərinə verdiyi xəbərə görə, endirim bu il noyabrın 11-dən 2014-cü il fevralın 13-dək olan uçuşlara aiddir.
Kampaniyadən yararlanmaq üçün son tarix isə oktyabrın 5-dəkdir.
Kampaniya zamanı Bakı-İstanbul-Bakı aviareysi üzrə uçuşların minimum qiyməti 195 manata salınıb.
Bildirək ki, həmçinin şirkət Avropa şəhərlərinə olan uçuşlara da endirimlər tətbiq edib.