Bu il Azərbaycanda baş verən yol qəzalarında 754 nəfər ölüb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
O bildirib ki, bu ilin yanvar-avqust aylar ərzində respublikanın avtomobil yollarında ümumilikdə 1897 yol-nəqliyyat hadisəsi baş verib.
Qəzalar nəticəsində 754 nəfər ölüb, 2044 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
K.Əliyev sözlərinə əlavə edib ki, 2012-ci illə müqayisədə bu il 5 qəza artıb, ölüm faktı 25, xəsarət sayı isə 3 fakt azalıb.