Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti abunəçilərini sevindirməyə davam edir.
Müştərilərini ən yaxşı xidmətlə təmin etmək üçün Bakcell Bakı və ölkənin bütün regionlarını əhatə edən Müştəri Xidmətləri və Diler Mağazaları şəbəkəsini yaradıb.
Xidmət keyfiyyətinin mükəmməlləşdirilməsi üzərində daim çalışan Bakcell şirkəti diler mağazaları şəbəkəsinə bir yenisini əlavə edib.
Daşkəsən şəhərində yenicə fəaliyyətə başlayan diler mağazası müştərilərinə təklif etdiyi yüksək səviyyəli xidmətlə qısa zamanda rəğbət qazana bilib.
Qeyd edək ki, sözügedən mağaza Daşkəsəndə Bakcell-in ilk diler mağazasıdır və Bakcell-in bütün məhsullarını təklif edir. Mağaza həm satış məntəqəsi, həm də xidmət mərkəzi kimi xidmət göstərir.
***
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.