Avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz bahalaşıb.
O cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində 2,3 faiz bahalaşma, birillik bitkilərin istehsalçı qiymətlərində 0,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşma olub.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, qarğıdalının 0,2 faiz, arpanın 2,5 faiz, xiyarın 2,3 faiz, quru otun istehsalçı qiymətləri 5,6 faiz bahalaşıb, pomidorun istehsalçı qiymətləri 0,6 faiz, badımcanın 6,8 faiz, yaşıl lobyanın 6,6 faiz, kələmin 0,5 faiz, göyərtilərin 0,2 faiz, baş soğanın 1,0 faiz, qarpız və yemişin istehsalçı qiymətləri isə 22,6 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətlərində 0,9 faiz, çiyələyin istehsalçı qiymətlərində 0,1 faiz bahalaşma, armudun istehsalçı qiymətlərində 0,1 faiz, şaftalının 2,2 faiz, alçanın 0,1 faiz, qoz və fındığın istehsalçı qiymətlərində isə müvafiq olaraq 0,3 faiz və 4,8 faiz ucuzlaşma qeydə alınıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, südün 0,6 faiz, diri qoyun və keçilərin 0,5 faiz, diri ev quşlarının 2,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 34,4 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,3 faiz, camışın 0,6 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb.