Sentyabrın 21-də Akademik Opera və Balet Teatrında “Sevgi şərbəti” operasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata əsasən, opera V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Ukraynadan dəvət edilmiş istedadlı teatr rejissoru Nikola Tretyak, musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərovdur.
Tamaşada teatrın aparıcı solistləri – əməkdar artistlər Əkrəm Poladov, Səbinə Əsədova, həmçinin gənc solistlər Afaq Ağayeva, Azər Rzazadə, Anton Ferştandt və başqaları çıxış edəcəklər.
Qeyd edək ki, “Sevgi şərbəti” operası ilk dəfə 1832-ci ildə Milan Teatrında səhnəyə qoyulub. Bundan sonra dünyanın bir çox teatrlarının repertuarına daxil edilib.