Son bir neçə ildə Şəkidə üzümçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr nəticəsində əkin sahələri 285 hektara çatdırılıb.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, Şəkinin təsərrüfatlarında üzüm yığımına başlanıb.
Hələlik bağlardan əsasən süfrə üzüm sortları yığılır. Tezliklə texniki sortların da yığımı həyata keçiriləcək. Məhsul istehsalçıları indiyə kimi bağlardan 300 tona yaxın üzüm yığıb. Bağlardan 3500 tona yaxın məhsul toplanacağı gözlənilir. İcra strukturundan o da bildirilib ki, iki il əvvəl rayonda şərab zavodunun istifadəyə verilməsi əhalinin bu sahəyə marağını xeyli artırıb. Belə ki, keçən il 18, bu ilin yaz aylarında isə daha 7 hektar sahədə yeni üzüm bağı salınıb.