Yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,6 milyon manat təşkil edib.
Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 85,5 faizini hüquqi, 14,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.
Elektron ticarət dövriyyəsinin 92,0 faizini qeyri-ərzaq malları təşkil edib.
Yanvar-avqust aylarında pərakəndə ticarət bazarında əhaliyə 12,2 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox müxtəlif istehlak malları satılıb.
İstehlak mallarının 52,0 faizini ərzaq, 48,0 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,3 faiz bəndi artıb.