Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur”

“Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur”
“Bu sadəcə onun təkəbbüründən və karyerist olmasından irəli gəlir”


“Məleykə Abbaszadənin vaxtaşırı təhsil naziri Misir Mərdanovu tənqid etməsinin kökündə onun hədsiz təkəbbürlü və karyerist olması dayanır”. Bu sözləri “Azadlıq”a deputat Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, Məleykə Abbaszadənin tənqidləri heç də onun təhsilin qeydinə qalmasından irəli gəlmir: “Əgər Məleykə Abbaszadə təhsilin qeydinə qalırsa, təhsildəki problemlər onu narahat edirsə, o zaman Misir Mərdanovla bir masa arxasında oturub bu məsələləri müzakirə etsin və həlli yollarının tapılmasına yardımçı olsun. Lakin bu baş vermir. Məleykə Abbaszadə məsələləri ictimailəşdirir, Misir Mərdanovu ittiham edir və s. Bu çox anormal haldır və Azərbaycan təhsilinə zərbədir”.



Məleykə Abbaszadə ilə Misir Mərdanov arasındakı qarşıdurmanın Prezident Administrasiyasından (PA) qaynaqlandığı barədə fikirlər səsləndirilir. Bildirilir ki, Misir Mərdanovla münasibətləri gərgin olan PA rəhbəri Ramiz Mehdiyev təhsil nazirini “vurmaq” üçün Məleykə Abbaszadədən istifadə edir. Lakin Fəzail Ağamalı bu deyilənlərin əsassız olduğunu iddia edir: “Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun. Bir daha deyirəm ki, bu sadəcə Məleykə Abbaszadənin təkəbbüründən və karyerist olmasından irəli gəlir”.


Teqlər:
Bu xəbər cəmi 1350 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR