Son illər ərzində Azərbaycanın mədən sənayesinin inkişafı nəticəsində ölkənin mineral ehtiyatlarının işlənməsindən əldə edilən strateji valyuta ehtiyatları artır.
Bu barədə maliyyə naziri Samir Şərifov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində məlumat verib.
O bildirib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında saxlancda olan Azərbaycan Hökumətinə məxsus qızılın miqdarı 25414,9 troy unsiyaya (790,5 kiloqram) çatdırılıb.