Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Qəbələ şəhərində yerləşən Qəbələ Mədəniyyət Mərkəzində vətəndaşlarla görüşüb.
Qəbulda Qəbələ ilə yanaşı, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarında yaşayan sakinlər də iştirak ediblər.
Görüşdə nazir H.Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak edib və bölgə rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilərək qaldırılan məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb, bir sıra məsələlər isə yerindəcə həllini tapıb.
Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan vətəndaşların müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılması üçün nəzarətə götürülüb.
Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.