Əvvəlki nəsil “iPhone”lardan fərqli olaraq, “iPhone 5C” yaşıl, sarı, göy, qırmızı və ağ rənglərdədir.
Smartfonun korpusu plastikdən hazırlanıb. 2012-ci ildə təqdim olunan “iPhone 5” kimi yeni smartfon “Apple A6” prosessorundan istifadə edir, 4 düymlük ekranı, 8 meqapiksellik kamerası var və LTE şəbəkəsini dəstəkləyir.
ABŞ-da operator müqaviləsi ilə cihazın qiyməti 99 dollardan (16 GB-lıq) 199 dollara (32 GB-lıq) olacaq. “iPhone 5C”nin çexolunun qiyməti 29 dollar olacaq.
“iPhone 5S” “Apple” şirkətinin əvvəl buraxdığı digər 3 cihaz kimi şüşə və alüminimumdan hazırlanıb. O, qara, gümüşü və qızılı rəngli korpuslarda təqdim olunacaq. Smartfonda 64 dərəcəli “Apple A7” prosessorundan istifadə edilir. Daha əvvəl “Apple” öz cihazlarını ancaq 32 dərəcəli prosessorlarla təchiz edirdi.