Səudiyyə Ərəbistanında maldarlıqla məşğul olan iş adamı bir keçini 3,5 milyon dollara satıb.
Bu barədə yerli mətbuata istinadən “Əl-Ərəbiyyə” yazıb.
Keçi bəslənməsi üzrə mütəxəssislərin sözlərinə görə, satılan heyvan nadir əlamətlərə malik olub və nadir cinsə məxsus olub.
Lakin ekspertlər qeyd ediblər ki, 3,5 milyon dollar şişirdilmiş rəqəmdir. “Khaleej Times” yazır ki, sövdələşmə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda olub.
Keçinin satılması ilə bağlı xəbər internetdə rezonans yaradıb. Sövdələşmənin dəyəri yerli internet istifadəçilərini özündən çıxarıb. “Arab News” yazır ki, onların bəziləri belə bahalı sövdələşmənin mənasız olduğunu bildirib, digərləri isə diqqəti ağır şəraitdə yaşamaq məcburiyyətində qalan milyonlarla suriyalı qaçqına yönəldib.