Sentyabrın 1-ə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 569 min 860-a çatıb.
Bunların da 1 mln. 550 min 854-ü əhali, 19 min 006-ı isə qeyri-əhali abonentidir.
Həmin abonentlərin 681 min 842-i Bakı şəhəri (672 min 030 əhali, 9 min 812 qeyri-əhali abonenti), 888 min 018-i isə regionların ( 878 min 824 əhali, 9 min 194 qeyri-əhali abonenti) payına düşür.
Həmin tarixə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 782 min 825 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb.
Qeyd edək ki, 2013-cü ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min təşkil edib.