ingilis sərnişin Devid Reyd bu olayın fotosunu çəkib. Oğlu Levis bildirib ki, öncə partlayışı xatırladan səs eşidib, onun ardınca təyyarəyə buz kimi hava daxil olub. Uçuş heyəti 4 sm-ə yaxın açılan qapını örtüb.
Reyd baş verənləri belə nəql eləyib: «Yol bələdçisi «qapı açılır»-deyə, qışqırdı. Başqa sərnişinlər də vahimələnərək, «düşürük»-deyə, bağırışırdı. Uçuş ekipajı qapını bağlayıb, arxasına bəzi əşyalar qoydu».
Uçuşdan sonra hava yollarının təmsilçisi belə deyib: «Sərnişinləri riskə atacaq heç bir olay yaşanmayıb».