Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sirus Təbrizli vəfat etdi

Sirus Təbrizli vəfat etdi


Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli sentyabrın 7-i səhər dünyasını dəyişib. Məlumatı azadliq.info-ya vəkil Aslan İsmayılov verib. Aslan İsmayılova isə bu bəradə mərhumun qızları xəbər verib.

Təbrizli Nabrandakı bağ evində vəfat edib. Onun nədən öldüyü bilinmir. Yatıb, yuxudan ayılmayıb.

Hazırda mərhumun cənazəsi Bakıya gətirilir.



***



Həyat yoldaşı Rəfiqə Təbrizlinin "Azadlıq" radiosuna dediyinə görə, səhhəti ilə bağlı heç bir şikayəti olmayıb: «Heç bir şikayəti yox idi, elə yuxuda keçinib. Hər gün dənizdə çimirdi , gəzirdi. Biz iyul ayından Nabrandayıq. Qonaqlarımız, uşaqlarımız gəlmişdilər, onlar getdilər biz ikimiz qaldıq. Qapını açdıq ki, uzanmış vəziyyətdədir. Eynəyi gözündə, oxuduğu kitab da düşüb sinəsinin üstündə... Sonuncu oxuduğu kitab Putin-lə bağlı idi – «Если бы я был русский царь…». Ölümü ilə də o, heç kimi incitmədi. Mayın 9-da 72 yaşı olacaqdı».



Sirus Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının sədr müavini işləyib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Tənqidi çıxışlarına görə 2007-ci ildə YAP-dan xaric edilib.

2 övladı var.


Teqlər:
Bu xəbər cəmi 2140 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR