Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan məhsulları maneəsiz Avropa bazarlarına çıxarılacaq

Azərbaycan məhsulları maneəsiz Avropa bazarlarına çıxarılacaq


Azərbaycandan Avropaya ixrac olunan məhsullar bu bazarlarda texniki maneə olmadan satılacaq.



Bu barədə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Cavanşir Hüseynov bildirib.



Onun sözlərinə görə, bunun üçün komitə yanında Dövlət Akkreditasiya Xidməti sənədlərini Akkreditasiya üzrə Avropa Əməkdaşlığı (EA-European cooperation for Accreditation) qurumuna göndərib.



C.Hüseynov qeyd edib ki, Avropaya ixrac olunan Azərbaycan məhsulları bəzən burada maneələrlə qarşılaşır, buna görə də bu quruma üzv olmaq vacibdir.



O bildirib ki, quruma üzv olduqdan sonra yeyinti məhsulu istehsal edən müəssisə Azərbaycanda sınaqlarını aparıb sınaq protokolunu verərək, onun əsasında aidiyyəti qurumdan sertifikat ala biləcək:



 “Həmin sertifikatla məhsul Avropanın istənilən ölkəsinə maneəsiz ixrac olunacaq.



Buna görə də əsas məqsədimiz bu quruma üzvlükdür”.



Komitənin nümayəndəsi əlavə edib ki, sənədlər artıq bir dəfə göndərilib, Akkreditasiya üzrə Avropa Əməkdaşlıq qurumunun isə bəzi iradları olub:



“Həmin iradları düzəldib yenidən göndərmişik. İndi onlardan cavab gözləyirik. İlin sonuna kimi bu quruma üzv olacağımıza ümid edirik”.



Qeyd edək ki, Akkreditasiya üzrə Avropa Əməkdaşlığı 1997-ci ilin noyabr ayında yaradılıb və 2000-ci ilin iyun ayında qeydiyyata alınıb. Avropa Komissiyası tərəfindən rəsmi Avropa Akkreditasiya qurumu qismində yaradılmış EA tanınmış milli akkreditasiya orqanlarının şəbəkəsidir.



EA-nın məqsədləri üzv ölkələrin milli orqanları tərəfindən istifadə olunan standartların ümumi şərhinin təmin edilməsi üçün akkreditasiyanı Avropada bir xidmət kimi müəyyən etmək,  qiymətləndirmə zamanı əldə edilən nəticələrin aşkarlığını təmin etmək, beynəlxalq təcrübəyə uyğun olaraq qiymətləndirmə sistemini idarə etmək, akkreditasiya üzrə Avropa siyasətinin həyata keçirilməsi ilə bağlı olan məsələlərdə texniki mənbə rolunda çıxış etmək, üzv ölkələrin milli akkreditasiya orqanları arasında çoxtərəfli qarşılıqlı tanınma razılaşmalarının əldə olunmasını və akkreditasiya məqsədilə aparılan uyğunluğun qiymətləndirilməsi nəticələrinin tanınmasını təmin etməkdir.


Teqlər:
Bu xəbər cəmi 1915 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR