Sentyabrın 13-də ABŞ-da “Azərbaycan və Avropaya uzanan Cənub Qaz Dəhlizi: ABŞ və Avropa enerji təhlükəsizliyinə dair fərziyyələr” mövzusunda konfrans olacaq.
Iki paneldən ibarət olan konfransı Ceymstaun Fondu təşkil edir.
Tədbirdə açılış nitqi ilə fondun prezidenti Qlen Hovard çıxış edəcək. Daha sonra fondun nümayəndəsi Vladimir Sokor “Azərbaycanın TANAP layihəsi: Cənub Dəhlizinin təsisi və yeni inkişaf istiqamətləri” mövzusunda çıxış edəcək.
Konfransda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov, SAM-ın təmsilçisi Gülmira Rzayeva, BP Baş direktoru Qreq Saunders, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza və digərlərinin məruzələri planlaşdırılıb.